Bakıda avtobus qəza törətdi, yaralılar var

   Bakıda avtobus qəza törətdi,    yaralılar var
  22 İyun 2022    Oxunub:1478
Bakıda marşrut xətti üzrə hərəkət edən avtobus ağır qəza törədib.
AzVision.az xəbər verir ki, hadisə Xətai rayonu Seyid Əzim Şirvani küçəsində baş verib. Belə ki, 81 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “Karsan” markalı avtobus minik avtomobilinə çırpılıb. Nəticədə minik avtomobili yararsız hala düşüb, avtobusa da ciddi ziyan dəyib.

Hadisə şahidləri qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti