"e-visa" adlı kütləvi domen qeydiyyatları müşahidə olunur

      "e-visa"    adlı kütləvi domen qeydiyyatları müşahidə olunur
  22 İyun 2022    Oxunub:962
Son zamanlar müxtəlif xarici domen zonalarında "e-visa" adlı kütləvi domen qeydiyyatları müşahidə olunur.
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən AzVision.az - verilən məlıumata görə, qeydiyyatdan keçirilən domen adlarının ümumişlək olması və turizm şirkətləri tərəfindən mümkün istifadəsini nəzərə alaraq onların bloklanması və ya qarşısının alınması yanlış pozitiv (false-positive) ola bilir.

Lakin domen adlarının şübhəli quruluşları onu deməyə əsas verir ki, dələduzlar bu sahədə də aktiv kampaniyalar həyata keçirir.

Mərkəz vətəndaşları belə saytlarda qeydiyyat və digər əməliyyatlar zamanı diqqətli olmağa çağırır və yalnız legitimliyinə əmin olduqları elektron informasiya resurslarından istifadə etməyi tövsiyə edir.

AzVision.az



Teqlər:





Xəbər lenti