Zaxarova RİA Novosti-nin Azərbaycanda bloklanmasından danışdı

   Zaxarova  RİA Novosti-nin Azərbaycanda bloklanmasından danışdı
  22 İyun 2022    Oxunub:1532
"Problemlər ikitərəfli formatda həll olunur". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Azərbaycanda RİA Novosti saytının bloklanmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Moskva yaranan problemləri tərəfdaşlarla ikitərəfli formatda həll edir. O, belə halların mümkün qədər az olacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, sayt Artak Beqlaryanın müsahibəsi dərc edildiyi üçün Azərbaycanda bloklanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti