Kiyev şokda: Hökumətdə rusların agent şəbəkəsi ifşa edildi- VİDEO

      Kiyev şokda:    Hökumətdə rusların agent şəbəkəsi ifşa edildi- VİDEO
  21 İyun 2022    Oxunub:1576
Ukryna Təhlükəsizlik Xidməti (UTX) Nazirlər Kabinetinin, Ukrayna Ticarət və Sənaye Palatasının rəsmilərinin də daxil olduğu rus agent şəbəkəsini ifşa edib. AzVision.az xəbər verir ki, bu barədə UTX-nin mətbuat xidməti məlumat yayıb.
Dneprdə vəzifə gözləyirdi, agent kimi həbs edildi - VİDEO
Qeyd edilir ki, Kiyevdə keçirilən çoxmərhələli xüsusi əməliyyat nəticəsində Nazirlər Kabinetinin katibliyinin şöbə müdiri, Ticarət və Sənaye Palatasının direktorluqlarından birinin rəhbəri saxlanılıb.

“Bu məmurlar müxtəlif kəşfiyyat məlumatlarını düşmənə ötürüblər. Bura müdafiə vəziyyətindən tutmuş dövlət sərhədinin təşkilinə və Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşlarının şəxsi məlumatlara qədər olan informasiyalar daxildir”, - məlumatda deyilir.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan UTX xeyli sayda rus agentini və ya hərbi sirrləri yayan vətən xainlərini ifşa edən əməliyyatlar reallaşdırıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Agent  





Xəbər lenti