"Kiyev bu həftə Aİ-yə namizəd statusunu alacaq" - Bloomberg |
Müəllif Moskvanın Kalininqrada quru dəhlizi yaratmağa cəhd edə biləcəyini və bunun nüvə silahından istifadə etməklə dövlətlərin genişmiqyaslı müharibəsinə təkan olacağını ehtimal edir.
Qeyd edək ki, Polşa ilə Litva ərazisində olan və uzunluğu təxminən 100 km-ə çatan bu quru sərhəd bölgəsinə "Suvalski dəhlizi" adını 2015-ci ildə Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlves verib. Onun fikrincə, bu ərazi ona görə çox təhlükəlidir ki, Rusiya tərəfindən ələ keçiriləcəyi təqdirdə Baltikyanı ölkələrlə əlaqə kəsiləcək, Qərb asan şəkildə bölgəyə nəzarəti itirə bilər.
Bəzi Qərb təhlilçiləri də son vaxtlar tez-tez yazırlar ki, bu dəhliz Litva, Latviya və Estoniyanı Aİ və NATO-nun qalan ölkələri ilə birləşdirən və Rusiya Federasiyasının Kalininqrad vilayətini Belarusdan ayıran yeganə quru sahə sayılır. Bu dəhlizin tutulması halında Rusiya Federasiyası faktiki olaraq NATO müttəfiqlərinin Baltikyanı ölkələrə yolunu bağlayacaq.
Tural Tağıyev
AzVision.az