Bakıda 14 avtobus tıxacda qalıb

Bakıda 14 avtobus tıxacda qalıb
  20 İyun 2022    Oxunub:1893
Hazırda Bakıda bir sıra müntəzəm marşrutlar üzrə avtobusların hərəkət intervallarında gecikmə var.
Bakı Nəqliyyat Agentliyindən bildirilir ki, hazırda paytaxtın Akademik Həsən Əliyev küçəsinin Novruzov qardaşları küçəsi ilə kəsişməsindən Xan Şuşinski küçəsinin kəsişməsinə qədər müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən 61,83,6,13 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət intervallarında 18-20 dəqiqə gecikmə müşahidə olunur. Ümumilikdə həmin ərazidə 14 ədədə yaxın avtobusun sıxlıqda qaldığı müşahidə edilir, məlumatda deyilir.

AzVision.az


Teqlər:



Xəbər lenti