“Qış parkı”nda piyada keçidinə su sızması araşdırılıb

“Qış parkı”nda piyada keçidinə su sızması araşdırılıb
  20 İyun 2022    Oxunub:1909
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bu gün səhər saatlarında “Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidinə su sızması faktını araşdırıb.
AzVision.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

“Dərhal əraziyə agentliyin əməkdaşları cəlb olunub. Araşdırma zamanı məlum olub ki, keçidin üzərində yerləşən yaşıllıq ərazinin suvarılması üçün nəzərdə tutulmuş xətdə qəza baş verib və nəticədə su keçidə sızmağa başlayıb. Problemin aradan qaldırılması üçün aidiyyəti üzrə məlumat verilib” – qurum bəyan edib.

AzVision.az


Teqlər:



Xəbər lenti