Azərbaycanda vaksin ehtiyatı kifayət qədərdir" - Səhiyyə Nazirliyi

   Azərbaycanda vaksin ehtiyatı kifayət qədərdir" -     Səhiyyə Nazirliyi
  20 İyun 2022    Oxunub:953
"Hazırda Azərbaycanda koronavirus əleyhinə vurulan vaksinlərin ehtiyatı kifayət qədərdir".
AzVision.az xəöbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, mövcud olan peyvəndlərin istifadəsi göstərişə uyğun olaraq icra edilir: "Gündəlik vurulan vaksinlərin sayı barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı statistik məlumatlarda qeyd olunur. Vaksinasiya prosesi uğurla davam edir. Buster doza almayan vətəndaşlara da peyvənd vurulur. Yeni partiya vaksinlərin də ölkəyə gətirilməsi daim təmin edilir. Hazırda ölkədə kifayət qədər vaksin ehtiyatı var".

AzVision.az



Teqlər:



Xəbər lenti