Səhiyyə Nazirliyi: "Uşaqlar arasında yayılan influenza mövsümidir"

  Səhiyyə Nazirliyi:  "Uşaqlar arasında yayılan influenza mövsümidir"
  20 İyun 2022    Oxunub:951
"Azərbaycanda həm koronavirus, həm də digər xəstəliklərlə bağlı epidemioloji durum sabitdir".
AzVision.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ölkədəki epidemioloji vəziyyət nəzarət altındadır.

Nazir müavini deyib ki, uşaqlar arasında yayılan influenza xəstəliyi sırf soyuqdəymədir:

"Mövsümi olaraq həmişə respirator virus infeksiyaları olub. Hazırda həmin virusların mövsümü olmadığından xəstələnmə halları azalmaqdadır. İnfluenza virusu vaxtaşırı xəstələndiyimiz soyuqdəymə, qrip xəstəliyidir və bu da mövsümidir. Hazırda bu sahədə sabitlikdir".

AzVision.az



Teqlər:



Xəbər lenti