Bu il Azərbaycanda nə qədər narkoman aşkarlanıb?

   Bu il Azərbaycanda nə qədər narkoman aşkarlanıb?
  20 İyun 2022    Oxunub:680
Son 5 ay ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 33 893 nəfər istiqamətləndirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan AzVision.az -a bildirilib ki, onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 1 367 nəfərindən 974-nün istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti