"Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş geniş tərkibli nümayəndə heyətinin Dövlət Komitəsi tərəfindən koordinasiya olunan fəaliyyəti və onun nəticələri, eləcə də bizə ünvanlanan çoxsaylı suallara cavabları barədə CEDAW ekspertlərinin müsbət rəy və dəyərləndirmələrini eşitmək qürurverici olmaqla yanaşı həm də çox xoş oldu.
Lakin görülməli olan vacib işlər, nəzərə alacağımız tənqid və tövsiyyələr, həmçinin bu sahədə mövcud olan narahatedici məqamlara dair vətəndaş cəmiyyəti nümayəndələrimizin fikir, təklif və iradlarını da unutmuruq.
Media və ictimaiyyətin rəylərinə olan münasibətimizin isə hər zamankı kimi konstruktiv əməkdaşlığa söykənəcəyinə hər kəsi əmin etmək istəyirik.
Möhtərəm Prezidentimizin bu sahədə qarşımıza qoyduğu mühüm tapşırıqların yerinə yetirilməsi və dövri hesabatın uğurlu təqdimatı üçün çalışan mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrinə göstərdikləri komanda ruhuna və şəxsi tohfələrinə görə təşəkkür edirəm!
BMT nin Cenevrədəki ofisi yanında Azərbaycan nümayəndəliyinə hərtərəfli dəstək və yardımına görə isə ayrıca minnətdaram"- o əlavə edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


