Dərman istehsalı iki dəfədən çox artıb

Dərman istehsalı iki dəfədən çox artıb
  18 İyun 2022    Oxunub:933
2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 5,3 milyon manatlıq əczaçılıq məhsulları istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Bu isə Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimatlarının ticarət dövriyyəsinin cəmi 1,2 %-ni təşkil edib.

Belə ki, bu ilin 5 ayında Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimatlarının pərakəndə ticarət dövriyyəsi 445,3 milyon manata bərabər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,4% çoxdur.


AzVision.az



Teqlər: Dərman  



Xəbər lenti