Lift qəzasında yaralananların adları açıqlandı - SİYAHI

   Lift qəzasında yaralananların adları açıqlandı -    SİYAHI
  18 İyun 2022    Oxunub:1080
Ötən gecə Bakı şəhər Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi 17 mərtəbəli binada liftin qırılaraq şaxtaya düşməsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.
Liftin 4-cü mərtəbədə olarkən zərbə ilə şaxtaya çırpılması nəticəsində xəsarət alan şəxslər bunlardır:

1968-ci il təvəllüdlü Afidə Heydərova - sol baldır sümüyünün sınığı, bel nahiyəsinin əziyi;

1960-cı il təvəllüdlü Tənzilə Süleymanova - sol ayağının sınığı, onun nəvəsi, 2009-cu il təvəllüdlü Leyla Səfərova - sol bud sümüyünün sınığı;

1980-ci il təvəllüdlü Yeganə Hacıyeva - topuq sümüyünün sınığı, onun övladı, 2007-ci il təvəllüdlü Cəlil Hacıyev - sol qol nahiyəsinin əziyi;

1960-cı il təvəllüdlü Sevinc Rəsulova - bel-omba nahiyəsinin əziyi.

Yaralılar xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib.(Qafqazinfo)

AzVision.az



Teqlər: Lift  



Xəbər lenti