Agentlikdən etiraz edən qazi ilə bağlı AÇIQLAMA
Qeyd edilib ki, iyunun 16-da bir daha nazirliyə gələrək eyni məzmunda tələblərini irəli sürüb, müraciəti cavablandırılıb, izahat verilməsinə baxmayaraq, o, qeyri-etik hərəkətlərə yol verib, əməkdaşları təhqir edib, iş ahəngini pozaraq qəbul şöbəsinin avadanlığını təpiklə qırıb.
“Məlumat üçün bildirək ki, E.Rüstəmov həm martın 14-də, həm də aprelin 19-da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Hər iki əyani müayinə zamanı şəxsin diaqnozunun əlilliyə əsas verməməsi barədə qərar qəbul edilib. Müayinə zamanı onda simulyasiya izlənilib, əlavə olaraq zəif görmədən şikayəti araşdırılıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən təqdim edilən tibbi rəy də əlillik təyinatına əsas verməyib. Həmçinin Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən şəhadətnamədə qeyd edilən diaqnozun və hazırki vəziyyətinin əlilliyə əsas vermədiyi təsbit olunub.
Elnurun məşğulluğu ilə bağlı Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq addım atılıb. O, özünüməşğulluq proqramı üzrə qeydiyyatdan keçib, ötən ilin avqustunda “maldarlıq təsərrüfatı” zərfi üzrə təlimlərə cəlb edilib. Dəfələrlə dəvət olunmasına baxmayaraq təlimlərdə və qiymətləndirmədə iştirak etməyib.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən E.Rüstəmova 1 yanvar 2022-ci ildən müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edilib”, - Tural Qurbanov qeyd edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


