"Azərbaycan münasibətlərin normallaşmasını dəstəkləyir" - Hikmət Çətin

   "Azərbaycan münasibətlərin normallaşmasını dəstəkləyir" -    Hikmət Çətin
  17 İyun 2022    Oxunub:1106
“Türkiyə və Ermənistan münasibətlərin normallaşması prosesinə başlayıb, Azərbaycan bunu dəstəkləyir”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin IX Qlobal Bakı Forumunda deyib. Onun sözlərinə görə, Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin edib.

“Artıq xüsusi nümayəndələrin üç iclası keçirilib. Azərbaycan bu barədə məlumatlıdır və bu prosesi dəstəkləyir”, - H.Çətin bildirib.

O, həmçinin regionun böyük potensialı olduğunu vurulayıb: “Bu potensialı artırmaq və ondan istifadə etmək lazımdır. Amma bunun üçün region ölkələri arasında dayanıqlı sülh və yaxşı münasibətlər bərqərar olmalıdır”.

AzVision.az



Teqlər:



Xəbər lenti