Bu il 1144 əkiz, 60 üçəm doğulub

   Bu il 1144 əkiz, 60 üçəm doğulub
  17 İyun 2022    Oxunub:1477
Azərbaycanda bu il doğulan əkiz və üçəmlərin sayı açıqlanıb.
Statistika Komitəsindən AzVision.az -a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında ölkə üzrə 40036 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (12,1) qalıb.

Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,2 faiz, qızların xüsusi çəkisi isə 46,8 faiz olmuşdur. Körpələrdən 1144-ü əkiz, 60-ı isə üçəm doğulanlardır.

AzVision.az



Teqlər:



Xəbər lenti