Azərbaycan əhalisinin sayı açıqlandı

   Azərbaycan əhalisinin sayı açıqlandı
  17 İyun 2022    Oxunub:995
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Bu barədə AzVision.az - a Statistika Komitəsindən məlumat verilib.

Bildiirlib ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 16812 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il may ayının 1-i vəziyyətinə 10173178 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil etmiş, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.

Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 23 748 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi azalaraq 8,0-dan 7,2-yə düşüb.

AzVision.az


Teqlər:



Xəbər lenti