"Ermənistana ərköyün övlad kimi münasibətlər bəsləyiblər" - Siyavuş Novruzov

   "Ermənistana ərköyün övlad kimi münasibətlər bəsləyiblər" -    Siyavuş Novruzov
  17 İyun 2022    Oxunub:988
"Ermənistan tərəfi sülh müqaviləsinin bağlanılmasını, yolların və kommunikasiyaların açılmasını 30 il uzatmaq istəyir".
AzVision.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, buna nə Azərbaycanın, nə də dünyanın vaxtı və həvəsi yoxdur:

"Ona görə də Ermənistan tərəfi açsın qulaqlarını eşitsin və konkret olaraq bu məsələlərdə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Aidəyyəti qurumlar, beynəlxalq təşkilatlar Ermənistana ərköyün övlad kimi münasibətlər bəsləyiblər. Artıq onlar Ermənistana bu istiqamətdə xəbərdarlıq etməlidirlər".

AzVision.az


Teqlər:



Xəbər lenti