"ATƏT-in Minsk qrupu Ermənistanı təcavüzkar adlandırmırdı" - Hikmət Hacıyev

   "ATƏT-in Minsk qrupu Ermənistanı təcavüzkar adlandırmırdı" -    Hikmət Hacıyev
  16 İyun 2022    Oxunub:1298
“Biz beynəlxalq təsisatlara çox inanırdıq. Düşünürdük ki, bu təsisatlar Azərbaycana sülh gətirəcək”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” adlı paneldə deyib.

Onun sözlərinə görə, bu məsələlərdə Azərbaycan cəmiyyətinin də gözləntiləri özünü doğrultmadı: “ATƏT-in Minsk qrupu Ermənistanı təcavüzkar adlandırmırdı. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü tam tanımaqla Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizlə bağlı da 4 qətnamə qəbul etmişdi”.

AzVision.az



Teqlər:



Xəbər lenti