"Konstitusiyamız ermənilər üçün bərabər hüquqlar yaradır" - Azərbaycan lideri

 "Konstitusiyamız ermənilər üçün bərabər hüquqlar yaradır" -    Azərbaycan lideri
  16 İyun 2022    Oxunub:1948
“Azərbaycan Konstitusiyası ölkədə yaşayan bütün etnoslar, o cümlədən ermənilər üçün bərabər hüquqlar yaradır”.


AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
“Azərbaycan çoxmillətli ölkədir. Erməni əhali Azərbaycanda ən böyük milli azlıq deyil. Konstitusiyamız ölkədə yaşayan bütün etnoslar, o cümlədən ermənilər üçün bərabər hüquqlar yaradır”, - Prezident deyib.

“Lakin, təəssüf ki, Ermənistan hökumətindən qondarma Dağlıq Qarabağın statusu barədə bəyanatlar eşidirik, bu isə həm səmərəli deyil, həm də, o cümlədən Ermənistanın özü üçün təhlükəlidir”, - dövlət başçısı diqqətə çatdırıb.

AzVision.az



Teqlər:



Xəbər lenti