Qəzada nişanlısı ölən qadın da vəfat etdi

   Qəzada nişanlısı ölən qadın da vəfat etdi
  15 İyun 2022    Oxunub:2051
Şəkidə baş verən yol qəzasında xəsarət alan qadın dörd gün sonra müalicə aldığı xəstəxanada vəfat edib.

AzVision.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Günel Göyüşova bu gün Şəki Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, 11 iyun tarixində Şəkinin Aşağı Küngüt kəndində “Mercedes-Benz” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olmuş, sərnişin 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. Cütlüyün iyun ayının 19-u Baləkən rayonunda toyları olacaqdı.

AzVision.az



Teqlər:



Xəbər lenti