Həmçinin keçirilən əməliyyatlar zamanı şəhər ərazisində oğurluq edən, vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq əməlini törədən, eləcə də qanunsuz olaraq odlu silah saxlayan 3 nəfər şəxs də saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.
Ümumilikdə 15 gün ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılan 20 nəfər şəxsdən 16-sı barəsində şəhər məhkəməsi tərəfindən həbs, 4-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qeyd edilən faktların hər biri ilə bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir. Şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxslərin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


