Türkiyə Qara dənizdə qaz hasilatına başlayır

   Türkiyə Qara dənizdə qaz hasilatına başlayır
  13 İyun 2022    Oxunub:1299
Gələn ilin birinci rübündən Türkiyə Qara dənizdən qaz hasilatına başlayacaq.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qaz hasilatı üçün Qara dənizə ilk boruların suya endirilməsi mərasimində deyib. O qeyd edib ki, birinci mərhələdə sutkada hasil ediləcək 10 milyon kubmetr təbii qaz əhalinin istifadəsinə veriləcək. Hasilatın pik dövrü isə 2026-ci ildə olacaq.

Ərdoğan qeyd edib ki, qazılacaq 40 quyu ilə gündəlik qaz hasilatını 40 milyon kubmetrə çatdırılacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti