Bakı məktəbliləri Şamaxıda qəzaya düşdü

   Bakı məktəbliləri Şamaxıda qəzaya düşdü
  13 İyun 2022    Oxunub:1648
Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun AzVision.az -a verdiyi məlumata görə, qəza nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib:
“İlkin məlumata görə ağır xəsarət alanların olmadığı bildirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır. Qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti olduğu bildirilir”.

AzVision.az


Teqlər:



Xəbər lenti