Çanaxçı-Alaxançallı yolunda hərəkət bərpa edildi
Dərhal təbii fəlakətin yaşandığı əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.
Çanaxçı-Alaxançallı avtomobil yolunun təqribən 4 km-lik məsafədə dağlardan gələrək yolun hərəkət hissəsinə tökülən iri qaya parçaları və palçıq kütləsinin təmizlənməsi istiqamətində işlər aparılıb. Agentlik tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yolun hərəkət hissəsi təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkəti rayon mərkəzindən Alaxançallı kəndi istiqamətində tam bərpa olunub.
Hazırda Alaxançallı kəndi daxilində bələdiyyə yollarının təmizlənməsi istiqamətində işlər aparılır və yaxın saatlarında bu işlər də tam yekunlaşacaq.
Bundan başqa Daşkəsən rayonunun Çanaxçı-Zivlən avtomobil yolunun bəzi hissələrinin iri qaya parçaları və palçıq kütləsinin təmizlənməsi istiqamətində də işlərə başlanılıb. Həmçinin sözügedən yol üzərində yerləşən və 12 metr uzunluğa malik metal körpünün sel suları nəticəsində yuyulmuş yanaşma yolunun bərpasının da qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təbii fəlakətin aradan qaldırılması istiqamətində görülən işlər barədə ictimaiyyətə məlumatların verilməsi davam etdiriləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


