30 minədək şəxsə əlillik təyin edilib - Nazirlik

 30 minədək şəxsə əlillik təyin edilib -    Nazirlik
  12 İyun 2022    Oxunub:2084
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-may ayları ərzində 30 minədək şəxsə əlillik təyin edilib.
AzVision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Onlardan 8600-ü ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlardır.

Əlilliyin qiymətləndirilməsi elektron infrastruktur üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti