Bakıda ağacların qurudulmasının qarşısı alındı

Bakıda ağacların qurudulmasının qarşısı alındı
  11 İyun 2022    Oxunub:2549
Bakıda ticarət obyektlərinin qarşısında ağacların qurudulmasının qarşısı alınıb.
Bakı Şəhər İcra Hakimiyyətindən AzVision.az -a verilən məlumata görə, Buzovna-Maştağa yonundakı ticarət obyektlərin qarşısında bir neçə çoxillik şam ağaclarının bilərəkdən məhv edilməsi ilə bağlı daxıl olan məlumatla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən dərhal məsələyə operativ reaksiya verilərək həmin ünvanda araşdırma və inventarizasiya aparılıb. Ağacların dibindən torpaq nümunələri götürülüb və laboratoriyaya analizlərə göndərilib.

Analizlərin nəticəsi kimi ağacların quruması səbəbinin xəstəlik və ya kənar müdaxilə olacağı bilinəcək.

BŞİH-dən bildirilib ki, ağacların bilərəkdən qurudulması faktı aşkar edilən təqdirdə günahkarlara qarşı ciddi ölçü götürələcək.

Aparılan araşdırmalarla yanaşı, həmin ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yeni ağacların əkilməsi təmin edilib, movcud ağaclara aqrotexniki qulluq göstərilib.







AzVision.az



Teqlər:



Xəbər lenti