Tanınmış blogerlərin Azərbaycan Qran Prisindən paylaşımı - FOTOLAR

   Tanınmış blogerlərin Azərbaycan Qran Prisindən paylaşımı -    FOTOLAR
  11 İyun 2022    Oxunub:2535
“Formula-1” üzrə Azərbaycan Qran-prisini izləmək üçün tanınmış blogerlər Bakıya gəlib.
AzVision.az xəbər verir ki, Türkiyəli tanınmış aktyor və bloger Anıl Altan instaqram səhifəsində “Formula 1” yarışının keçirildiyi ərazi, İçərişəhər və Heydər Əliyev Mərkəzindən fotolar paulaşıb. Bloger Bakı şəhəri, xalqımızın milli geyimləri və yarış haqqında paylaşımlar edib, məlumatlar verib.



ADŞ-dan Bakıya gələn digər məşhur bloger 1,9 milyon izləyicisi olan “Sadaf”dır.

O, “Formula-1”-in keçirildiyi məkandan foto paylaşıb. “Sadaf” eyni zamanda profilinin hekayə bölməsində də İçərişəhərdən, “Şirvanşahlar sarayı”ndan, Dənizkənarı Milli Parkdan - turistlik məkanlarla bağlı paylaşım edib. Həmçinin, o, Azərbaycan milli mətbəxinin təamlarını dadıb və onlarla bağlı müsbət münasibət bildirib. Daha sonra, “Sadaf” və onunla birlikdə gələn digər dünyada tanınmış blogerlər “Formula-1” Azərbaycan Qran-prisinin keçirildiyi məkana baş çəkib, oradan foto və videolar paylaşıb. Bu paylaşımlar izləyicilərin diqqətini çəkib.



1,2 milyon izləyicisi olan tanınmış model, bloger Mariam Rod instaqram səhifəsində Bakıda beynəlxalq yarışın keçirildiyi ərazidən, Şirvanşahlar sarayı və İçərişəhərdən fotolar paylaşıb.



Paylaşımlarda habelə Azərbaycan xalçaları, milli mətbəxti və s. nümunələr də yer alıb.







Qeyd edək ki, yarış iyunun 12-də yekunlaşacaq.


Teqlər:



Xəbər lenti