TƏBİB-dən
AzVision.az -a verilən məlumata görə, idman yarışları zamanı yarışları izləyən tamaşaçılar üçün 8, idman yarışlarının keçirildiyi hərəkət zolağı istiqamətində 12, Atletlər kəndində 2 və yarış zonasında məskunlaşan sakinlərin istifadə etdiyi ərazi üzrə isə 2 Təcili Təxirəsalınmaz Tibbi Yardım avtomobili (hər ambulansda 3 həkim və digər tibb işçilərindən ibarət briqada olmaqla ümumilikdə 110 tibb işçisi) təhkim olunub.
Yarış müddətində (10-12 iyun) Mərkəzi Nefçilər Xəstəxanasında tibbi xidmət Beynəlxalq Avtomobil Federasiyanın tələblərinə və dünya standartlarına uyğun təşkil edilib.
Qeyd edək ki, Formula 1 yarışları Bakı şəhərində 6-ci dəfədir keçirilir. Yarışların yerli təşkilatçısı isə Bakı Şəhər Halqası Əməliyyat Şirkətidir.
AzVision.az