Emin Əmrullayev: "Müəllimlərin hazırlanmasında metodoloji problemlər var"

      Emin Əmrullayev:    "Müəllimlərin hazırlanmasında metodoloji problemlər var"
  11 İyun 2022    Oxunub:1749
Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllimlərin hazırlanmasında metodoloji problemlər var.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Gənc müəllimlərin II Forumunda çıxışı zamanı deyib. Nazir narahatlıq doğuran bir neçə məsələ olduğunu əlavə edib:

"Bu, təkcə Azərbaycan Dövlət Pedaqoji Universitetinə aid deyil, burada institusional olaraq bu Universiteti qeyd edirəm. Müəllim fənn biliyini dərindən qavramalı, bilməlidir. Amma onunla yanaşı pedaqoji bacarıqları olan və şagirdlərin psixologiyasını anlayan müəllimlər olmalıdır. Biz müəllim hazırlığında riyaziyyatçı yox, müəllimi hazırlamalıyıq".

AzVision.az


Teqlər:



Xəbər lenti