Bu il 15 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Bu il 15 min şəxsə reabilitasiya xidmətləri göstərilib
  11 İyun 2022    Oxunub:1005
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu ilin yanvar-may aylarında əlilliyi olan 15 minə yaxın şəxsə reabilitasiya xidmətləri göstərilib.
Bu barədə AzVision.az - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məkumat verilib.

Bildirilib ki, onlar səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə əhatə olunublar.

Bu dövrdə Agentlik tərəfindən əlilliyi olan 5411 şəxsə 24 minə yaxın reabilitasiya vasitəsi verilib.

AzVision.az




Teqlər:



Xəbər lenti