"Yağış sularının dənizə axıdılmasına məcburuq" - "Azərsu"

   "Yağış sularının dənizə axıdılmasına məcburuq" -    "Azərsu"
  10 İyun 2022    Oxunub:999
"Yağış suları təmizləyici qurğulara və ya kollektorlara axıdılır. Biz şəbəkənin yüklənməsi vaxtı yağış sularının dənizə axıdılmasına məcbur oluruq".
AzVision.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin Tullantı su şəbəkələrinin idarə edilməsi şöbəsinin rəisi Xalid Abbasov deyib. O bildirib ki, “Bakıda və Abşeron yarımadasında yağış suları üçün şəbəkə yoxdur.

"Cəmi 10% yağış sularını ötürmək üçün şəbəkə mövcuddur. Buna görə də yağış suları birbaşa bizim su şəbəkəsinə daxil olur".

AzVision.az





Teqlər:



Xəbər lenti