Vilayət Eyvazov Ali Hərbi Məktəbin buraxılış tədbirində - FOTOLAR+VİDEO

Vilayət Eyvazov Ali Hərbi Məktəbin buraxılış tədbirində -    FOTOLAR+VİDEO
  10 İyun 2022    Oxunub:1293
Daxili Qoşunların Ali Hərbi Məktəbində növbəti buraxılış olub.
DİN-in Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Nazir bildirib ki, Daxili Qoşunlar qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilib. O, Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının ön cəbhədə qəhrəmanlıq və vətənpərvərlik nümunələri göstərdiyini, onların arasında Ali Hərbi Məktəbin də məzunlarının olması bu təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşması üçün ortaya qoyulmuş əzmkar fəaliyyətin əyani təsdiqi olduğunu vurğulayıb.

V.Eyvazov qələbədən sonrakı dövrdə Daxili Qoşunların şəxsi heyətinin işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları ilə birgə xidmət etmələrini də məmnunluqla qeyd edib.

Daxili Qoşunlar üçün yüksək ixtisaslı kadrların hazırlanmasında danılmaz roluna, təmənnasız yardımlarına görə qardaş Türkiyə Respublikasının Jandarma Qüvvələri Baş Komandanlığına, hərbi mütəxəssislərinə təşəkkürünü bildirən nazir V.Eyvazov gənc zabitləri Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib.





AzVision.az



Teqlər:



Xəbər lenti