Qadın meyiti tapılan quyu “Azərsu"ya məxsus deyil - AÇIQLAMA
Onun sözlərinə görə, sözügedən quyu fərdi şəxsə məxsusdur.
Yayılan məlumatlarda Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsindəki su quyusunun üzərində ölən qadının paytaxt sakini, 1964-cü il təvəllüdlü Həcərxanım Məmmədova olduğu bildirilib.
Məlumata görə, mancanaqda əlini yumağa çalışan qadının boynunun hərəkət edən dirsəyin arasında qalması səbəbindən öldüyü məlum olub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


