Yeni binada imtahanlar kompüterdə keçiriləcək

   Yeni binada imtahanlar kompüterdə keçiriləcək
  10 İyun 2022    Oxunub:768
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə kağız imtahanlarının kompüter imtahanları ilə əvəz edilməsinə münasibət bildirib.
AzVision.az -ın məlumatına görə, DİM sədri jurnalistlərə açıqlamasında bildirib ki, artıq müəyyən imtahanlar kompüter vasitəsilə aparılır:

"Elektron imtahanlarına keçidlə əlaqədar xüsusi platforma yaratmışıq. Sınaq imtahanlarını elektron formatda hər zaman keçiririk. Kütləvi imtahanlara bu keçid təkcə kompüterin sinifdə və ya məktəbdə olması ilə deyil, müxtəlif mərhələlərdə kompüterlərin və müvafiq proqramlarla işləməyi bacaran müəllimlərin olması ilə olmalıdır. Gələn ildən 800 iş yeri olan bina inşa olunur. Orada daimi olaraq kompüterdə imtahanlar keçiriləcək. Sınaq imtahanları, 1000-1500 nəfərlik az həcmli kontingentin iştirakı işə baş tutan imtahanlar həmin binada keçiriləcək. Bölgələrdə belə mərkəzlər mövcud olandan sonra kompüter imtahanlarına keçid edə bilərik. Bu imtahanlar bir gündə baş tuta bilməyəcək. Bunlar da hansısa cədvəl aparılacaq. Bu istiqamətdə Təhsil Nazirliyi və müvafiq nazirliklərlə sıx əməkdaşlıq edirik".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti