152 nömrəli məktəbdən niyə universitetə qəbul olan olmayıb? - BŞTİ səbəbini açıqladı

   152 nömrəli məktəbdən niyə universitetə qəbul olan olmayıb? -    BŞTİ səbəbini açıqladı
  10 İyun 2022    Oxunub:1949
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 152 nömrəli tam orta məktəbdən bir abituriyentinin belə ali təhsil müəssisəsinə qəbul olunmaması iıə bağlı yayılan məlumatlara münasibət bildirib.
Qurumdan AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 152 nömrəli tam orta məktəb 2021-2022-ci tədris ilindən fəaliyyətə başlayıb.

"Belə ki, təhsil nazirinin 19.04.2021-ci il tarixli, F-163 nömrəli əmrinə əsasən 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib. Həmin tarixdən etibarən "Xabad-Or-Avner" məktəbi 152 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir.

Məktəbdə digər fənlərlə yanaşı, "Yəhudi mədəniyyətinin əsasları", “Yəhudi xalqının tarixi” də öyrədilir və ikinci xarici dil kimi ivrit dili (ibri dili) tədris edilir.

Müasir tələblərə uyğun inşa edilmiş məktəb üçmərtəbəli kompleksdən ibarətdir. Məktəbdə yeməkxana, idman zalı və meydançası, fənn kabinetləri, kompüter otaqları fəaliyyət göstərir və tədris ocağı müasir avadanlıqlarla təchiz edilib".

Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzinin "Abituriyent 12" jurnalında açıqlanan statistikaya görə, 152 saylı tam orta məktəbin bir məzunu da ali təhsil müəssisəsinə qəbul olunmayıb.

Aytən Zəhra
AzVision.az
















Teqlər:



Xəbər lenti