"Qaydaları pozanlara qətiyyən ikinci şans verilməyəcək" - DİM sədri

   "Qaydaları pozanlara qətiyyən ikinci şans verilməyəcək" -    DİM sədri
  10 İyun 2022    Oxunub:979
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlardan xaric edilən abituriyentlərə ikinci şansı verilib-verilməyəcəyinə aydınlıq gətirib.
AzVision.az -ın məlumatına görə, DİM sədri jurnalistlərə açıqlamasında bildirib ki, qayda-qanunu pozanlara qətiyyən ikinci şans verilməyəcək:

""Bacarana baş qurban", "mən aldatdım" deyənlər "qəhrəmana" çevrilir. Onlar 10-15 nəfərdir. Onları niyə düşünürsünüz? Onlar elə bir şərait yaradır ki, kimdəsə inam ölür. Onlara ikinci şans verilməsini deyənlər nə üçün minlərlə uşağı deyil, yalnız qayda-qanunu pozanları fikirləşir. Onlar bu addımı bilə-bilə atıblar və bu il müsabiqədə iştirak etmək hüquqları yoxdur. Qaydalarda bu, qeyd edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti