Cəbrayılda maşınlar toqquşdu - Sürücü öldü

   Cəbrayılda maşınlar toqquşdu -    Sürücü öldü
  10 İyun 2022    Oxunub:1699
İyunun 9-da saat 18 radələrində Cəbrayıl rayonunun Qumlaq kəndində Zamiq Əliyevin idarə etdiyi “Niva” və R.İsayevin idarə etdiyi “Great Wall Wingle” markalı avtomobillər toqquşub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) AzVision.az -a verilən məlumatda bildirilib.

Nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti