Bakıda 19 yaşlı oğlanı öldürən gənc tutuldu
Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilən ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
Belə ki, iyunun 9-u saat 22 radələrində rayon ərazisində 2003-cü il təvəllüdlü Sübhan Cəfərovun üzərində xəsarət izləri olan meyiti aşkarlanıb.
Cinayət işi üzrə həyata keçirilən intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 2003-cü il təvəllüdlü İlham Xanlarov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İlham Xanlarov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


