Külək və leysan Zaqatalada fəsadlar törətdi

Külək və leysan Zaqatalada fəsadlar törətdi
  09 İyun 2022    Oxunub:1831
Zaqatalada güclü külək və leysan bir sıra fəsadlar törədib.
AzVision.az xəbər verir ki, axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsinə yağan leysan yağışlar Zaqatala şəhəri Qaladüz adlanan yaşayış massivində külək beşmərtəbəli binanın dam örtüyünün çox hissəsini aparıb.

Rayonun Aşağı Tala və Muxax kəndləri ərazisində irigövdəli ağac aşaraq yolu bağlayıb.

Bir sıra ərazilərdə elektrik naqilləri qırılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti