İçərişəhərin Qala divarında törədilən vandalizm aktı nəzarətə götürülüb - FOTOLAR

   İçərişəhərin Qala divarında törədilən vandalizm aktı nəzarətə götürülüb -    FOTOLAR
  09 İyun 2022    Oxunub:938
09 iyun 2022-ci il tarixində bir sıra KİV-də və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məsələni nəzarət altına götürüb və hazırda lazımi tədbirlər görülməkdədir.
AzVision.az xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Şahin Seyidzadə bildirib.

Onun sözlərinə görə, tezliklə görülən əlavə tədbirlər haqqında ictimaiyyətə geniş məlumat veriləcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu kimi məsələni işıqlandıran hər bir kəsə təşəkkürünü bildirir”, - Şahin Seyidzadə qeyd edib.





AzVision.az


Teqlər:



Xəbər lenti