"Əmək kitabçaları ləğv edilmir, onun tələbi ləğv edilir" - Agentlik sədri

 "Əmək kitabçaları ləğv edilmir, onun tələbi ləğv edilir" -  Agentlik sədri
  09 İyun 2022    Oxunub:1247
"Əmək kitabçaları ləğv edilmir, sadəcə bu tələbin işə götürənlər tərəfindən tələb edilməsi ləğv edilir".

AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib. Onun sözlərinə görə, əmək kitabçaları elektronlaşdırılır:
"Əmək kitabçalarının elektronlaşdırılması kompleks məsələdir. Düşünürük ki, bu ilin sonuna, gələn ilin əvvəlinə bu prosesi bitərəcəyik. Biz bunun üçün əlavə dövlət xidməti yaradırıq. Artıq 2006-ci ildən əvvəlki dövrlərdəki iş stajı da elektron sistemə əlavə ediləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti