Qazilər Qarabağda işlə təmin ediləcəklər

 Qazilər Qarabağda işlə təmin ediləcəklər
  09 İyun 2022    Oxunub:1000
"Hazırda böyük qayıdış çərçivəsində məcburi köçkünlərin Qarabağa qayıtması üzərində işlər aparılır".
AzVision.az verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib. Onun sözlərinə görə, azad olunan ərazilərə gedəcək şəxslərin işlə təminatı məsələsinə baxılır:

"Qazilərin orada işə cəlbinə üstünlük veriləcək. Hazırda "Qarabağda iş platforması" adlı layihə hazırlanır".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti