"Vətən müharibəsi əlillərinə ayrılan iş yerlərinin sayı artırılacaq" - Agentlik sədri

  "Vətən müharibəsi əlillərinə ayrılan iş yerlərinin sayı artırılacaq" -    Agentlik sədri
  09 İyun 2022    Oxunub:902
"Bu gün əlillərin işlə təmin olunması üçün ayrılan kvota yerlərinin sayı 66 minin üzərindədir".
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib. Onun sözlərinə görə, ayrılan kvotaların sayının artırılması nəzərdə tutulur:

"İşlə təmin olunan əlillərin içərisində Vətən müharibəsi əlilləri də var. Onlar üçün ayrılan iş yerlərinin sayının 80 minə çatdırılması nəzərdə tutulur".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti