Daha 100 şəhid ailəsi və qazi üçün kiçik bizneslər yaradılıb

Daha 100 şəhid ailəsi və qazi üçün kiçik bizneslər yaradılıb
  09 İyun 2022    Oxunub:700
Özünüməşğulluq proqramı üzrə daha 100 şəhid ailəsi və qazi üçün kiçik bizneslər yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, şəhid ailələri və müharibə iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək işləri davam edir.

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra edilən özünüməşğulluq proqramına bu ilin ötən dövründə 1351 şəhid ailəsi, qazi cəlb olunub.

Proqram çərçivəsində mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar.







AzVision.az


Teqlər:



Xəbər lenti