Ukraynanın minalanmış limanlarında Azərbaycan gəmiləri qalıb? - AÇIQLAMA
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev AzVision.az -a açıqlamasında bildirib ki, qeyd olunan ərazidə Azərbaycanın gəmisi yoxdur:
“Ukraynadakı hadisələrlə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Qara və Azov dənizində istismar edilən gəmilərin və onların heyət üzvlərinin təhlükəsizliyinə dair fevralda qərar qəbul edib. Bu qərara əsasən, gəmilərimiz daha təhlükəsiz ərazilərdə fəaliyyətlərini davam edirdilər. Bu baxımdan ASCO gəmilərindən və gəmiçilərindən hər hansı biri qeyd olunan ərazidə yoxdur ”.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


