AQTA Şəmkirdəki zəhərlənməni araşdırır - YENİLƏNİB

  AQTA Şəmkirdəki zəhərlənməni araşdırır -  YENİLƏNİB
  09 İyun 2022    Oxunub:990
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Şəmkirdə qida zəhərlənməsi barədə araşdırmaya başlayıb.
AQTA-dan AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***
Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb

AzVision.az xəbər verir ki, hadisə Şəmkir şəhərində qeydə alınıb. 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yadım göstərilib.

İlkin ehtimala görə, onlar dönərdən zəhərlənib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisənin təfərrüatları araşdırılır.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti