"Zəng etdi ki, həbsxanada oğlumun dırnağını çıxarırlar" - Aydın Səfixanlı

 "Zəng etdi ki, həbsxanada oğlumun dırnağını çıxarırlar" -    Aydın Səfixanlı
  08 İyun 2022    Oxunub:1539
"Ombudsman aparatının qaynar xəttinə zəng gəldi ki,"cəzaçəkmə müəssisəsində oğlumun dırnağını çıxarırlar". Təcili deyilən əraziyə nümayəndə heyəti göndərildi, araşdırıldı və məlum oldu ki, əsassızdır".
AzVision.az xəbər verir ki, bu fikirləri Ombudsman aparatının müavini Aydın Səfixanlı "İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən tədbirdə deyib.

"Nümayəndə heyətimiz hadisə yerinə çatanda görüb ki, təsvir edilən məsələ yoxdur. Yenidən həmin məhkumun anası ilə əlaqə saxlanılıb. O isə deyib ki, "elə belə dedim ki, gedib görəsiniz oğlum yaxşıdır, yoxsa yox". Qaynar xəttə gələn bütün müraciətlərə biz bu şəkildə dərhal reaksiya veririk. Lakin bu kimi yalan müraciətlərlə əsassız yerə qurumun vaxtını almaq doğru deyil".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti