"Media reysterinin yaradılmasına sayılı günlər qalıb"

 "Media reysterinin yaradılmasına sayılı günlər qalıb"
  08 İyun 2022    Oxunub:1101
"Media reysterinin yaradılmasına sayılı günlər qalıb. Ora hansı media subyektlərinin daxil olacağı ilə bağlı standartlar hazırlanıb".

AzVision.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli "İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən tədbirdə deyib
Onun sözlərinə görə, media etikası üçün hüquqi məsuliyyət nəzərdə tutulmayıb. Onlar yalnız ictimai qınağa tutulur.

N. Məmmədli bildirib ki, media sahəsində reputasiyasını itirmiş media orqanı artıq fəaliyyət göstərə bilmir:

"Uzun müddət reket jurnalistlərinin siyahısı tutulurdu. O siyahıya düşən jurnalistlərdən qurumlar çəkinirdi. Amma artıq bu cür hallar yoxdur. Media reyestrinin yaranmasına sayılı günlər qalıb.

Bu reyestr yarandıqdan sonra oraya daxil olan media subyektlərinin fəaliyyəti, mühiti daha da sağlamlaşacaq. Qurumlarla media arasında əməkdaşlıq vacibdir. Media Agentliyi tərəfindən hər ay müxtəlif qurumlarla təlimlərimiz olur və jurnalistlər bu təlimlərdə bilgilərini təkmilləşdirdikcə hər şey daha da yaxşı olacaq".

Şahanə Rəhimli
AzVision.az




Teqlər:



Xəbər lenti