Komitə Sabirabadda yeniyetmə qızın ərə verilməsinin qarşısını aldı

   Komitə Sabirabadda yeniyetmə qızın ərə verilməsinin qarşısını aldı
  08 İyun 2022    Oxunub:795
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sabirabad rayonunun Qəzli kəndində 17 yaşı tamam olmamış yeniyetmə qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Komitənin mətbuat katibi Teymur Mərdanoğlu AzVision.az -abildirib ki, yeniyetmə qızın ailəsi ilə danışıqlar aparılıb:

“Danışıq zamanı onlar ailədə xəstə adamın olduğunu əsas gətirərək nişan mərasimi keçirmək istədiklərini bildiriblər. Ancaq araşdırma zamanı nişan yox, toy mərasiminin keçirilməsinin nəzərdə tutulduğu müəyyənləşib. Dərhal müdaxilə olunub, toyun keçirilməsinin qarşısı alınıb. Eyni zamanda ailəyə bildirilib ki, yetkinlik yaşına çatmayan qızın evləndirilməsi nəticəsində ailə inzibati, hətta hüquqi məsuliyyətə cəlb oluna bilər”.

Qeyd edək ki, toyun bu gün keçirilməsi nəzərdə tutulmuşdu.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti